Avia-raket modelçilik

Uşaqların hər birinin müxtəlif  istedadı var, sadəcə aşkar etmək, ortaya çıxarmaq lazımdır✨

Övladlarınızın asudə vaxtlarının maraqlı və səmərəli istifadəsini təmin etmək üçün qarşınızdayıq🤗

📢 Avia-raket modelçilik dərnəyi üzrə QEYDİYYAT başladı!

Təqdim edəcəyimiz bu təlimdə şagirdlər sadədən mürəkkəbə doğru öz avia-raket modellərini ✈️  yaratmaq imkanına malik olacaqlar.

🪐Dərnəyimizin əsas məqsədi uşaqlarda işgüzar, yaradıcılıq xüsusiyyətlərini aşılamaq, elmə, texnikaya maraq oyatmaq, müxtəlif sahələr üzrə savadlı, öz işinin peşəkarı ola biləcək fərdlər yetişdirməkdir.

✅Təlimlər Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş proqram əsasında keçirilir.

💥 Proqram 9-13 yaş şagirdlər üçün nəzərdə tutulmuşdur.

📚Tədris prosesində şagirdlər taxta və müxtəlif materiallarla, alətlərlə işləməyi, fiziki və kimyəvi qanunları, radioelektronikanın əsaslarını, aerodinamikanı, uzaqdan idarəetmə sistemlərini, xüsusilə hazırlanma texnologiyasını-modellərin çertyojunu çəkməyi və onun əsasında hazırlamağı öyrənəcəklər.

🚀 İlkin mərhələdə şagirdlər ən sadə modellər, o cümlədən paraşüt, raket, təyyarə, peyk modellərini hazırlamaq qabiliyyətinə malik olacaqlar.

🚁 2-ci mərhələdə füzelyajlı, mühərrikli, korla uçan və sərbəst uçan müxtəlif aviamodellər hazırlayacaqlar. Həmçinin radio ilə idarə olunan müxtəlif modellər,  Pua-lar (pilotsuz uçan aparat) hazırlayacaqlar.

👨🏾‍🏫 Təlimlər respublikanın ən tanınmış aviamodel mütəxəssisi, respublikanın fəxri adlarına layiq görülmüş, ən yaxşı müəllim adını qazanmış, Tofiq İsmayılov adına aviamodel dərnəyinin peşəkar, əməkdar müəllimi Şamil Əliyev tərəfindən aparılacaq.

⚡️Şamil müəllimin tələbələri dəfələrlə müxtəlif yarışların qalibləri sırasında olmuşlar. O cümlədən onun tələbələri Azərbaycan tarixində ilk dünya rekordsmeni, SSRİ çempionatında dəfələrlə 1-ci yerlər tutaraq müxtəlif mükafatlarla təltif olunublar.

☄️1969-cu ildə tələbəsi Şakir Mehdiyev Raket Modelçilik üzrə keçirilən yarışlarda dünya rekordu qazanaraq, SSRİ çempionu adı qazanmışdır.

☄️1972-ci ildə düşənbədə keçirilən kosmik gəmilər üzrə yarışlarda digər tələbəsi Hasil Ağayev Azərbaycan SSRİ üzrə 1-ci yer qazanmışdır.

⚡️Müasir dövrümüzdə Şamil müəllimin yetişdirmələri Pua- lar (pilotsuz uçan aparat) üzrə mütəxəssis, pilotlar kimi fəaliyyət göstərirlər.

🔸Dərslər həftədə 2 dəfə, 2 saat olmaqla keçiriləcək.

  Qrup ödənişi: (6 nəfərlik qrup)

  09:00-19:00  – 139 azn

  19:00-21:00   – 159 azn

  Fərdi ödəniş:

  09:00-19:00  – 429 azn

🔹Dərnəyin proqramı üzrə dərslər 20% nəzəriyyə, 80% praktiki məşğələlərdən ibarətdir.

💥Praktiki məşğələlər dərslərin əsasını təşkil edir.

🟡Ətraflı məlumat üçün :

     Əlaqə:

📱 077 635 77 88

📱 012 505 84 23

Ünvan: Bəxtiyar Vahabzadə küç., 5 (Elmlər Akademiyası m/s, BDU çıxışı ilə üzbəüz bina).