bmw-corporate-sales-competent-contact-person
Korporativ satışlar

Korporativ satışlar

Ümumi məlumat

İlham Əfəndiyev

Satış üzrə Peşəkar Mütəxəssis
İlham Əfəndiyev Korporativ Satışlar üzrə peşəkar mütəxəssisdir. O, satış, marketinq və layihə menecmenti sahələrində böyük təcrübəyə malikdir. Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya və istehsal şirkətlərində çalışıb. Müxtəlif sahələrdə çalışarkən o, 3000-ə yaxın peşəkarlardan ibarət onlayn şəbəkə yaratmışdır. Həmin insanların içində dünyanın ən böyük “Fortune 500” şirkətlərin rəhbər işçiləri də var.

    Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib.
    Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib. 2012 və 2013-cü illərdə TİMWE şirkətinin dünya üzrə ən yaxşı satış meneceri adına layiq görülüb. Onun son nailiyyətlərindən biri çoxmilyonlu Azərbaycan Mobil Dövlət layihəsinin çətin və gərgin danışıqlar nəticəsində Azərbaycan Respublikasınin Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənməsi idi.
    İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır. Bundan başqa Beynəlxalq Kouçinq Federasiyasının üzvü Ukraynanın “Maximum” Kouçinq Akademiyasında Peşəkar Kouç ixtisası üzrə təhsil alır.
    2014-cü ildən başlayaraq Azərbaycanın tarıxındə ən böyük tədbirin təşkilatşısı – Bakı 2015 Avropa Oyunları Komitəsində layihə meneceri, konsultant və kouç kimi fəaliyyətini davam edir.
    International Business Academy (İBA) biznes təlimləri təklif edən bir təşkilatdır

    İBA yalnız keçdikləri mövzuda 10 ildən çox təcrübəsi olan peşəkar və yüksək ünsiyyət bacarığına malik olan təlimçilərlə əməkdaşlıq edir və Azərbaycanda Menecment, Satış və Kommersiya, Maliyyə və Davranış üzrə müxtəlif təlimlər təklif edir.
    Təlimlər fərdi və korporativ şəkildə həyata keçirilir.
    IBA-in məqsədi Azərbaycan Respublikasında peşəkar biznes treninq xidmətləri göstərən bir şirkət kimi tanınmaqdır. Həmin şirkət bazarda peşəkar təlimçiləri cəlb etməklə və müştərilərin tələbatlarına uyğun məhsullar və xidmətlər təklif etməklə treninq şirkətləri bazarında liderə çevrilməlidir. professionallıq, məqsədyönlü və qayğıkeş olmaq, müştərilərin və partnyorların istəklərini eşitmək və sağlam həyat tərzi yaşamaq IBA-in əsas dəyərlərindəndir.

    Sağlam həyat tərzi aşağıdaki sahələrdə çalışan müəssisələrlə çalışmamağı nəzərdə tutur:

    • Alkoqollu içkilərin istehsalı və satışı
    • Tütün məmulatları istehsalı və satışı
    • Lotereya və ona bənzər fəaliyyətlər
    • Bank xidmətləri
    • Sığorta xidmətləri

    McTab Tədris Mərkəzi

    McTab Tədris Mərkəzi xarici dillər və digər istiqamətlərdə tədris kursları təqdim edən bir şirkətdir. Artıq 3 ildən artıqdır ki, öz fəaliyyətini davam etdirir. McTab Tədris Mərkəzidə yüksək ixtisaslaşmış kadrlar çalışır. Dərslər interektiv metodla fərdi və grup şəklində keçirilir. McTab Tədris Mərkəzi öz müştərilərinə yüksək keyfiyyətli təhsil və professional kadrlar təqdim edir.

    Kimlər iştirak edə bilər

    Satış müdirləri, satış menecerləri və satış mütəxəssisləri
    Təlimdə iştirak edənlər aşağıdakı faydaları əldə edəcəklər

    • Ən gəlirli müştərilərin tapmaq bacarığı
    • Dərhal praktikada istifadə oluna biləcək satış metodları
    • Satan prezentasiyaların hazırlanması
    • Sertifikat

    Təlim haqqında məlumat

    Təlimdə iştirak edənlər innovativ satış metodlarını öyrənəcək və praktiki məşğələlər zamanı onları mənimsəyəcəklər. Həmçinin təlimçinin şəxsi praktikasından misallar gətiriləcək. Təlimdən dərhal sonra birbaşa həmin metodları istifadə edərək müştərilərin sayını, hər bir sövdələşmənin qiymətini və həmçinin satışın gəlirliliyini artıra biləcəklər.
    Yanaşma

    2 günlük təlim 20% nəzəri məlumat, 20% real təcrübədən nümunələr, 60% praktiki məşqələlərdən ibarətdir.
    Təlim materialları

    Hər bir təlim iştirakçısı yüksək keyfiyyətli təlim materialları ilə təmin olunacaqdır.
    Təlimin icmalı

    • Korporativ satış – anlayışlar
    • Korporativ satış – təşkilat modelləri
    • B2B bazar araşdırmasının keçirilməsi
    • Satış nərdivanı – innovativ metodlar
    • Satış borusunun idarəedilməsi – performance indikatorları
    • Uğurlu satıcının keyfiyyətləri
    • Satış prezentasiyası

    Dil

    Azərbaycan dili

    Ödəniş şərtləri

    100% ilkin ödəniş

    Təlimin detalları
    DərsMüddətQiymət (fərdi)Korporativ endirimlər
    Korporativ satışlar2 gün (cəmi 9 saat)300 AZN2 nəfər – 5%
    3 nəfər – 10%
    4 nəfər – 15%
    5 nəfər – 20%
    6-10 nəfər – 25%