oracle-database
Oracle Database

Oracle Database

«Oracle database» tədrİs, audİt və xİdmət təklİfİ

Oracle-ı mütəxəssislərdən öyrən!

Tədrİs haqqInda ümumİ məlumat

Oracle şirkəti dünyanın ən böyük verilənlər bazası sistemini yaradmaqla Oracle Verilənlər bazasının mütəxəssislərinə böyük ehtiyac yaranır. Əgər siz də məlumat bazası olaraq Oracle istifadə edirsinizsə, şirkətinizin onurğası olan bu sistemin mütəxəssislər tərəfindən idarə olunmasına əmin olmalısınız. Bir günlük, bir saatlıq hətta bir neçə dəqiqəlik sisteminizin və proqramlarınızın çalışmaması, sizə böyük məbləğdə itkiyə səbəb ola bilər. Sahib olduğunuz məlumatların itkisi isə, sizi iflasa gətirə bilər. «GULF» Təlim və Tədris Mərkəzi sizə, Oracle Verilənlər Bazasının ən əhəmiyyətli kurslarının ən tanınmış mütəxəssislərin praktiki tədrisi ilə çox sərfəli qiymətə təklif edir. Əlavə olaraq, əgər işçilərinizin sertifikatlaşdırılmasını istəyirsinizsə, biz sizə müxtəlif sertifikat paketlərini təqdim edə bilərik. Bu sertifikat paketlərini sifariş etməklə, siz, ümumi kurslara 15% endirim əldə etmiş olacaqsınız.

Kursların siyahısı

McTab Tədris Mərkəzi sizə aşağıdakı individual Oracle kurslarını təklif edir:

• Oracle Verilənlər bazasının əsasları (Administration 1 və Administration 2)
• Oracle Verilənlər bazasında səmərəliliyin artırılması (Performance Tuning)
• Oracle Verilənlər bazasında Cluster Administrasiyasi (Real Application Cluster)
• Oracle Verilənlər bazasında Data Guard-ın qurulması və tənzimlənməsi
• Oracle SQL proqramlaşdırma dilinə giriş
• Oracle PL/SQL proqramlaşdırma dilinə giriş
• Oracle SQL və PL/SQL proqramlaşdırılması

Oracle Certified Professional sertifikat kursları

McTab Tədris Mərkəzi sizə individual kurslardan əlavə, xüsusi sertifikat hazırlıq kurslarını da təklif edir. İlkin mərhələ olaraq sayılan sertifikat Oracle Certified Associate (OCA) və Oracle Certified Professional (OCP) sertifkatlarıdır. OCA üçün 2, OCP üçün 3 kurs keçmək lazımdır. Kurs boyunca bütün dərs praktiki məşğələlər üzərində keçirilir və tələbələrin biliklərinin artırılması üçün ev tapşırığı olaraq müxtəlif məsələlər verilir. Kursların siyahısını aşağıdakı kimidir:

• Oracle SQL proqramlaşdırma dilinə giriş
• Oracle Verilənlər bazasının əsasları 1
• Oracle Verilənlər bazasının əsasları 2

Oracle Certified Master sertifkat kursları

Oracle Certified Master (OCM) sertifikatına hazırlıq kursu Azərbaycanda ilk dəfə keçirilən, və əsasən Master sertifikatına hazırlaşan, və ya orta təcrübəyə malik olub praktiki biliklərini artırmaq istəyənlər üçün nəzərdə tutulub. Kursun müddəti 2 aydır. Bu müddət ərzində Oracle Verilənlər bazasının əsasını təşkil edən 9 fərqli kursun materialı sürətlə keçirilib yüzlərlə praktiki məşğələlər ediləcək. Bu kursu bitirdikdən sonra iştirakçının OCM imtahanına hazırlığı böyük sürətlə irələləmiyi ilə yanaşı, böyük həcmli və həyati əhəmiyyətli kritik verilənlər bazasının idarə etməsi də asanlaşacaq. Kursun ümumi materialı aşağıdakı kimidir:

• Server Konfiqurasiyası
• Enterprise Manager Grid Control idarəetməsi
• Verilənlər bazasının nüsxəsinin alınması və bərpa yolları
• Verilənlərin idarə edilməsi
• Böyük həcmli məlumatların idarə edilməsi
• Verilənlər bazasının səmərəliliyinin artırılması
• Cluster sisteminin və ASM-in qurulması və idarəedilməsi
• Data Guard sisteminin qurulması və idarə edilməsi


Labaratoriya

Kurslarımızdan qeydiyyatdan keçən istənilən tələbə, kurs davam etdiyi müddətdə şirkətimizdə yerləşən və tələbələr üçün xüsusi olaraq hazırlanan Oracle Labaratoriyasından ödənişsiz istifadə edəcək.
Bu labaratoriyada o həm dərs zamanı verilən praktiki məşğələləri, həm də Oracle ilə əlaqəli istənilən testləri edə biləcək.

Oracle Audİt xİdmətİ

McTab Tədris Mərkəzi işçilərinizin Oracle biliyini artırmaqdan əlavə, sizlərə sahib olduğunuz Oracle Verilənlər bazasının Audit xidmətini də təklif edir. Nəinki Azərbaycanda, öz peşəkarlığı ilə hətta dünyada tanınan mütəxəssislərimiz sizin verilənlər bazanızı hər tərəfli audit edib hansı problemlərlə qarşı-qarşıya olacağınız barədə geniş məlumat verəcək. Bundan əlavə, tapılmış problemlərin həllini təqdim edib onları tətbiq etməkdə sizlərə yardım edəcək.

Audit sisteminə əsasən aşağıdakı xidmətlər daxildir:

• Verilənlər bazasının təhlükəsizlik auditi.
Audit zamanı verilənlər bazasının bütün təhlükəsizlik prosesi yoxlanılır. Cari istifadəçilər və onların şifrə mexanizmi eyni zamanda istifadəçilərin cədvəllərə olan hüquqları gözdən keçirilir. Bütün təhlükəsizlik patch-ləri yoxlanılır və tətbiq edilir.

• Verilənlər bazasının nüsxə və bərpa auditi
Audit zamanı verilənlər bazasının nüsxə alma metodikası yoxlanılır və ən doğru nüsxə alınma metodu tətbiq edilir. Eyni zamanda, var olan nüsxənin yararlığı yoxlanılır və verilənlər bazasının bütün itki variantları yoxlanılır və sənədləşdirilir, bütün itki hallarına qarşı planlar hazırlanır

• Verilənlər bazasının səmərəlilik auditi
Audit zamanı verilənlər bazasında çalışan bütün SQL əmrləri yoxlanılır. Problemi SQL əmrləri tapılır və həll edilir. Eyni zamanda bütün cədvəllər, indekslər və digər obyektlər yoxlanılır və standart hala salınır. Əlavə olaraq verilənlər bazasının cari səmərəlilik halı dəyərləndirilir və bütün problemləri aradan qaldırılır

• Verilənər bazasının cluster auditi
Audit zamanı cluster verilənlər bazasının (RAC) bütün node-lar üzərində yoxlamalar aparılır. RAC sisteminin cari vəziyyəti dəyərləndirilir və bütün RAC standartları tətbiq edilir. RAC sistemində baş verə biləcək bütün problemli hallar test edilir, sənədləşdirilir və var olan problemlər aradan qaldırılır, sistem 24/7 işləyəcək hala gətirilir. Oracle dəstək xİdmətİ

McTab Tədris Mərkəzi verilənlər bazasının auditi ilə yanaşı, istənilən proyekt üçün fərqli dəstək xidmətlərini təklif edir. Bu dəstək xidmətlərini aşağıdakı kimi sıralamaq olar:

• Oracle Verilənlər bazasının yaradılması və istifadəyə uyğunlaşdırılması
• Verilənlər bazasının məntiqi və fiziki strukturunun hazırlanması
• Verilənlər bazasının nüsxəsinin alınması prosedurunun hazırlnaması və avtomatlaşdırılması
• Verilənlər bazasının bərpə edilməsi metodlarının hazırlanması və yoxlanılması
• Fərqli fiziki məkanda verilənlər bazasının replikasiya nüsxəsinin yaradılması
• İstənilən konfiqurasiyaya uyğun cluster verilənlər bazasının (RAC) yaradılması
• Verilənlər bazasının səmərəliliyinin ideal formaya gətirilməsi
• Verilənlər bazasını digər əməliyyat sistemə, serverə və ya məkana daşınılması
• Fərqli verilənlər bazası sistemindən məlumatların Oracle verilənlər bazasına daşınılması
• Verilənlər bazasının versiyasının yenilənməsi və uyğun patch-lərin əlavə edilməsi
• Verilənlər bazalarının mərkəzləşdirilmiş Grid Control sisteminə əlavə edilməsi Böyük verİlənlər bazasI sİstemİnİn yaradIlmasI və analİzİ

McTab Tədris Mərkəzi, NabaBİ şirkəti vasitəsilə, sizə, şirkətinizin gəlirklərini artırmaq məqsədilə böyük verilənlər anbarı sisteminin qurulmasını, və ya sahib olduğunuz böyük məlumat bazanızdan ən yüksək səviyyədə yararlanmanız üçün aşağıdakı xidmətləri təklif edir:

1. Şirkətinizin bütün məlumatlarını bir nöqtədən analiz etmək imkanı təklif edirik. Bunun üçün sizin biznes tələbatlarınıza uyğun olaraq Hesabatların və Analitik Dashboardların Business Intelligence platformamızda yaradılmasını təmin edirik.
2. Şirkətinizə müxtəlif mənbələrdən daxil olan məlumatların mərkəzləşdirilmiş Hesabatlar və Business Intelligence sistemimizə inteqrasiyasını təmin edən proqram təminatının yaradılması(ETL) və sizin məlumatların periodik olaraq sistemimizə daşınmasını təmin edirik
3. Şirkətinizin daxili sistemlərindəki datanın strukturunun hesabatların və analizlərin optimal işləməsi üçün Datawarehouse verilənlər bazası strukturuna transformasiya edirik
4. Layihələndirdiyimiz Datawarehouse verilənlər bazası və Business İntelligence sistemini sizin avadanlıqlar üzərində və ya bizim avadanlıqlar üzərində qurulmasını təmin edirik. İkinci halda sizin system və verilənlər bazası administratorlarına ehtiyacınız olmayacaq.
5. Üzərində analizlərin aparılacağı və hesabatların hazırlanacağı məlumatların həcmi çox böyük olduğu halda ənənəvi Verilənlər Bazalarından daha güclü performansa malik Hadoop sisteminin qurlumasını təklif edirik.
6. Hadoop Clusterində yerləşən melumatlarınızın analizi üçün Map/Reduce proqramların yazılmasını və ya Hadoop Clusteri ilə işləyən Verilənlər Bazasının qurulmasını təklif edirik.

Əlavə olaraq yuxarıda göstərilən xidmətlərə əsasən, qurulan sistemin tədrisi xidmətini də təklif edirik:

1. Business İntelligence platformamızada hesabatların yaradılmasının və analizlərin aparılmasının tədrisi
2. Datawarehouse Verilənlər Bazası konsepsiyasının tədrisi
3. ETL processlərin yaradılma konsepsiyasının tədrisi və qurduğumuz ETL processlərin şirkətinizin texniki işçilərinə təhvil verilməsi
4. Hadoop paylanmış hesablama sisteminin tədrisi və qurduğumuz Map/Reduce proqramların şirkətinizin proqramçılarına təhvil verilməsi

McTab Tədris Mərkəzi yuxarıda göstərilən bütün növ xidmətləri istənilən şərtlərə uyğun həyata keçirməyə hazırdır. Əmin olun ki, bizimlə əməkdaşlıq etsəniz, sizin məlumat sisteminiz ən güvənli əllərə əmanət edilmiş olacaq və sizə ən yüksək keyfiyyətə malik olan xidmət verəcəyik.

Kursların məbləği

Aşağıdakı kursların qiymətləri ilə tanış ola bilərsiniz. Bizim təklif etdiyimiz kurslar həftədə 2 dəfə, 1.5 saat olmaq şərtilə keçirilir.
    Təlim detalları
    DərsMüəllimMüddətiQiymət (qrup)
    Oracle Verilənlər bazasının əsasları (Administration 1 və Administration 2) Oracle Verilənlər bazasında səmərəliliyin artırılması (Performance Tuning) Oracle Verilənlər bazasında Cluster Administrasiyasi (Real Application Cluster) Oracle Verilənlər bazasında Data Guard-ın qurulması və tənzimlənməsi Oracle SQL proqramlaşdırma dilinə giriş Oracle PL/SQL proqramlaşdırma dilinə giriş Oracle SQL və PL/SQL proqramlaşdırılması 1 ay350 AZN
    Oracle Certified Professional kurs paketi Oracle SQL proqramlaşdırma dilinə giriş Oracle Verilənlər bazasının əsasları 1 Oracle Verilənlər bazasının əsasları 23 ay900 AZN
    Oracle Certified Master kurs paketi Server Konfiqurasiyası Enterprise Manager Grid Control idarəetməsi Verilənlər bazasının nüsxəsinin alınması və bərpa yolları Verilənlərin idarə edilməsi Böyük həcmli məlumatların idarə edilməsi Verilənlər bazasının səmərəliliyinin artırılması Cluster sisteminin və ASM-in qurulması və idarəedilməsi Data Guard sisteminin qurulması və idarə edilməsi2 ay1200 AZN