Yay kursları

Haqqımızda

WhatsApp Image 2017-07-27 at 12.54.23

McTab Tədris Mərkəzi fəaliyyətə başladığı gündən misilsiz xidmət göstərmiş və rəğbət qazanmışdır.Hər gün inkişaf edən ölkəmizdə yaşayan insanların yüksək intelektə malik olmasının vacibliyini düşünərək çətin,məsuliyyətli, amma olduqca şərəfli olan bu işi öz üzərimizə götürməyi borc bildik.

Məqsədimiz Azərbaycanımızın gələcəyi və inkişafı naminə gənc nəsillərin daha bilikli, düşüncəli və intellektual yetişməsi üçün yüksək kefiyyətli təlimlərlə təmin etməkdir.Üstünlüklərimiz və fərqimiz tədris sistemimizin hər kəsin bilik və bacarığını nəzərə alaraq müasir metodlarla həyata keçirilməsidir.Tez bir zamanda belə bir naliyyətlərin əldə edə bilməyimiz təhsildə yeniliklərə daha çox önəm verməyimizlə bağlıdır.Xidmətlərimizin əsasən birbaşa məktəbli və tələbələrlə bağlı olduğunu nəzərə alaraq onların vaxtlarının daha səmərəli, maraqlı və faydalı keçməsi üçün bir çox layihələr həyata keçiririk. Layihələrimiz gənclərimiz tərəfindən çox maraqla qarşılanır və bu gün də həvəslə iştirak edirlər.

Biz hər zaman “Əgər elm ümid ilə olsaydı, dünyadakı bütün insanlar alim olardı” şüarı ilə insanlara elmin öyrənməklə artdığını aşılamağa çalışırıq.Biz bu yolda ən yaxın və etibarlı bir bələdçi, məsələhətçi və köməkçi olduğumuzu hər zaman göstərmişik.